ABŞ-ın bu qərarına Ankaradan sərt reaksiya

ABŞ-ın bu qərarına Ankaradan sərt reaksiya

ABŞ Dövlət Departamentinin Cənubi Kiprə qarşı silah embarqosunu ləğv etməsi ilə bağlı qərarın əhatə dairəsini genişləndirməsini rəsmi Ankara şiddətlə qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Şimali Kipr Türk Cümhuriyyəti rəhbərliyinin sözügedən qərarla bağlı reaksiyasını tam dəstəkləyirik. Adada hər iki tərəfin bərabərliyi prinsipinə zidd olan bu qərar Kipr probleminin həlli səylərinə də mənfi təsir göstərəcək. Eyni zamanda, sözügedən qərar adada silahlanma yarışına səbəb olacaq və Aralıq dənizinin şərq hissəsində sülh və sabitliyə zərər verəcək. Biz ABŞ-ı bu qərarı nəzərdən keçirməyə və adada iki tərəfə qarşı balanslaşdırılmış siyasət yürütməyə dəvət edirik”, – bəyanatda bildirilib.

Teqlər: