ABŞ-ın bu addımına görə NATO-nun birliyi pozulacaq

ABŞ-ın bu addımına görə NATO-nun birliyi pozulacaq

Rusiyanın “Şimal axını” qaz kəmərlərinin zədələnməsi NATO-nun birliyini poza bilər.

AzerTimes xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş deyib.

O, partlayışın ABŞ Prezidenti Co Bayden tərəfindən həyata keçirildiyini bir daha xatırladıb:

“Bayden böyük səhv etdi. O, heç bir fikri olmadığı işə başladı”.

Jurnalistin fikrincə, ABŞ-ın qaz kəmərləri ilə bağlı hərəkətləri Baydenin NATO-nun birliyini saxlamaq istəyinə əks təsir göstərə bilər:

“Hazırda sual NATO-dan ilk olaraq hansı ölkənin çıxacağıdır”.

Teqlər: