ABŞ-ın başsağlığını rədd edirik – Soylu

ABŞ-ın başsağlığını rədd edirik – Soylu

Biz ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik. Təbii ki, Kobani kimi terror bölgələrini bəsləyən, oradan Türkiyənin rahatlığını pozmağa çalışan bu anlayışa senatorları vasitəsilə pul göndərən bir dövlətlə müttəfiqliyimiz müzakirə olunmalıdır. Bu qədər aydın və dəqiqdir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Biz heç kimin düşməni deyilik, heç kimin torpağında gözümüz yoxdur, heç kimə xəyanət etmirik, amma demək istəyirəm ki, bizim bu xəyanətlərə dözməyə gücümüz yoxdur”.

Onun sözlərinə görə, bu aksiyanı həyata keçirənlər Türkiyəyə mesaj vermək istəyirlər:

“Bu mesajı aldıq, nə demək istədiklərini bilirik. Bu gün ABŞ tərəfindən verilən başsağlığı mesajının da qatilin cinayət yerinə ilk gələnlərdən olması kimi dəyərləndirilməli olduğunu düşünürəm. Bu mesajın cavabı yaxında dəqiq şəkildə ortaya çıxacaq”.

Teqlər: