ABŞ-ın baş sanitar həkimi koronavirusa yoluxub

ABŞ-ın baş sanitar həkimi Vivek Murti və ailəsi koronavirusa
yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə V.Murti özünün “Twitter”
səhifəsində yazıb.

“Mən, beş yaşlı oğlum və həyat yoldaşım Elis koronavirusun
müəyyən edilməsi üzrə test verdik və testimizin nəticəsi müsbət
çıxdı. Məndə və Elisdə simptomlar yüngüldür”, – deyə baş sanitar
həkim bildirib.

V.Murti həmçinin koronavirusa qarşı peyvənd olunmağın
vacibliyini vurğulayıb: “Peyvəndlər həyatımızın xilas edilməsi və
xəstəxanaya yerləşdirilməmək üçün çox effektivdir”.