ABŞ prezidentinin koronavirus pandemiyası ilə mübarizə üzrə müşaviri, baş infeksionist Entoni Fauçi koronavirusa yoluxub.
AzerTimes xəbər verir ki, onun verdiyi testin cavabı müsbət çıxıb.
Qeyd olunur ki, o, son günlər ABŞ Prezidenti Co Bayden və administrasiyanın digər yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqə saxlamayıb.
81 yaşlı Fauçidə orta dərəcədə simptomlar özünü göstərir. Hazırda o, məsafədən işləməyə davam edir.