ABŞ-ın Bakıya dəstəyi qəbuledilməzdir – Menendez

ABŞ-ın Bakıya dəstəyi qəbuledilməzdir – Menendez

Azərbaycana hərbi yardımın göstərilməsi təkcə ABŞ-ın milli təhlükəsizlik maraqlarına xələl gətirmir, həm də “erməni soyqırımı” qurbanlarının xatirəsini ehtiramla yad etmək və tarixin təkrarlanmasının qarşısını almaq öhdəliyimizə ziddir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Konqresdə qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Menendez yalnız Türkiyənin yazıçı və tarixçilərini “təqib etmək”lə “erməni soyqırımı həqiqətlərini” gizlətməsi deyil, eyni zamanda Azərbaycanın “artsax” ermənilərini “qeyri-qanuni blokadada” saxlamasına görə çox iş görülməli olduğunu vurğulayıb.

Ermənipərəst senator Azərbaycan hərbçilərinin silahsız erməni əsgərlərinə “işgəncə verməsini” nəzərə alaraq, Vaşinqtonun Bakıya hərbi və digər sahələrdə dəstəyini qəbuledilməz adlandırıb.

Qeyd edək ki, bu sözləri deyərkən, Menendez qatı duman səbəbindən azaraq Ermənistana keçən azərbaycanlı əsgər Hüseyn Axundovun saxlanılarkən dəhşətli işgəncəyə məruz qalması görüntülərindən qətiyyən utanmayıb.

Teqlər: