ABŞ-ın 3 universitetində bomba təhdidləriylə bağlı təxliyyə elan olunub

Cənubi Kaliforniya Universiteti, Nyu York Universiteti və Massaçusets Texnologiya İnstitutu bomba təhdidləriylə əlaqədar olaraq şəhərciklərin boşaldılması barədə qərar qəbul ediblər.

Trend xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin ərazisinə qoyulduğu iddia edilən bomba ilə bağlı məlumata əsasən binalara baxış keçirən hüquq-mühafizə orqanları artıq bunun dezinformasiya olduğunu bildirib, universitet işini davam etdirir. Həmçinin Massaçusets Texnologiya İnstitutunun ərazisində partlayıcı qurğunun olmasına dair heç bir sübut aşkarlanmayıb.

Ötən həftə ABŞ-ın bir neçə universiteti sonradan yalan olduğu aydınlaşdırılan bomba təhdidləriylə bağlı işçiləri və tələbələri təxliyə edib. Bunları sırasına Yale, Kolumbiya, Kornell və Braun universitetlərini aid etmək olar.