ABŞ-ın 1,85 milyardlıq yardımı: nələr daxildir?

ABŞ-ın 1,85 milyardlıq yardımı: nələr daxildir?

ABŞ-ın Ukraynaya yeni 1,85 milyard dollarlıq hərbi yardım paketinə bir Patriot ZRK batareyası, HARM raketləri, HIMARS reaktiv yaylım atəşi sursatları və digər silahlar daxildir.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Yardım paketinə, xüsusən, 152 mm-lik 45 min mərmi, 122 mm-lik 20 min mərmi, “Qrad” reaktiv yaylım atəşi sistemi üçün 50 min raket və tanklar üçün 125 mm kalibrli 100 min mərmi daxil olacaq.

Teqlər: