ABŞ husi hədəflərini məhv etdi

ABŞ husi hədəflərini məhv etdi

ABŞ ordusu Yəməndə husilərin mövqelərinə növbəti zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri husilərin buraxılışa hazır iki gəmi əleyhinə raketini məhv edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ ordusu husilərin nəzarətində olan ərazidə müvafiq raketləri aşkar edib və onların kommersiya gəmiləri və ABŞ gəmiləri üçün təhlükə yaratdığını müəyyən edib, bundan sonra onları özünümüdafiə məqsədilə məhv edib.

Teqlər: