ABŞ hipersəs silahlarını sınaqdan keçirdi

ABŞ hipersəs silahlarını sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələri hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, mart ayının ortalarında ABŞ hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.

Teqlər: