ABŞ hipersəs raketinin sınağını keçirdi

ABŞ hipersəs raketinin sınağını keçirdi

ABŞ Hərbi Hava Qüvvələri ARRV proqramı çərçivəsində hipersəs raket prototipinin sınağını keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Defens Nyus” amerikalı hərbçilərə istinadla məlumat yayıb.

Məlumata görə, avqustun 19-da “Boinq B-52H Stratofortress” strateji bombardmançısı Kaliforniyanın cənub sahillərində ARRV proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketinin buraxılışını həyata keçirib.

Sınağın uğurlu olub-olmamağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu ilin martında da ABŞ AGM-183A hipersəs raketinin sınağını həyata keçirmiş və sınaq uğursuz alınmışdı.

Teqlər: