ABŞ hipersəs raketini uğurla sınaqdan keçirib

ABŞ HDQ bərk yanacaqlı hipersəs raket mühərrikinin birinci mərhələsinin ikinci atış sınaqlarını keçirib.

Trend xəbər verir ki, sınaqlar Yuta ştatının Promontory şəhərində keçirilib. Xüsusilə, bərk yanacaqlı raket mühərrikinin dartma vektoruna nəzarət sistemi sınaqdan keçirilmişdir. Bildirilir ki, bu mühərrik hipersəs silahları daşıya bilən reaktiv daşıyıcı aparatı hərəkətə gətirmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-da hipersəs silahlarının sınaqları reaktiv daşıyıcı ilə bağlı təxirə salınmışdır, silahı stratosferə daşımalı olan reaktiv daşıyıcı raket havaya qalxa bilməyib.