ABŞ Hindistandakı koronavirusla bağlı vəziyyətdən narahatdır – prezident köməkçisi

Pandemiyanın hakimiyyət orqanlarının nəzarəti altından çıxdığı Hindistanda koronavirusla bağlı vəziyyət narahatlıq doğurur.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, koronavirusun variantları və yayılması ABŞ-da narahatlıq doğurur:


“Biz ölənlərin sayı, eləcə də Hindistanda pandemiyanın nəzarətdən çıxtdığı müddətdə müəyyən olan ikinci dərəcəli təsirlərdən narahatlıq hissi keçiririk”.

Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 19,5 milyon nəfər təşkil edir.