ABŞ HHQ İraq və Suriyada silahlı qruplaşmaların obyektlərinə hava zərbələri endirib

ABŞ Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda silahlı qruplaşmaların obyektlərinə hava zərbələri endiriblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin yazılı açıqlamasında deyilir.

Açıqlamada bildirilir: “ABŞ prezidenti Cozef Baydenin göstərişi ilə ABŞ Silahlı Qüvvələri bu gecə İraq-Suriya sərhəd bölgəsindəki silahlı qruplaşmaların istifadə etdiyi hədəflərə yüksək dəqiqlikli hava zərbələri endirib”.


Onun sözlərinə görə, hədəflər ABŞ İraqdakı hərbçilərinə və obyektlərinə qarşı dronlarla hücumlar həyata keçirən silahlı qruplar tərəfindən istifadə edildikləri səbəbilə seçilib.

C.Kirbi bildirir ki, C.Bayden hava zərbələrinin həyata keçirilməsi barədə əmr verməklə ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətsiz qalamayacağını açıq şəkildə göstərdi.