ABŞ Hərbi Dəniz Qüvvələri hələlik Qara dənizə qayıtmaq niyyətində deyil – Blinken

ABŞ yaxın gələcəkdə öz hərbi gəmilərini Qara dənizə göndərmək
niyyətində deyil.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş
Qərargah rəisi, admiral Maykl Gildi bildirib.

Onun sözlərinə görə, bu mərhələdə ABŞ Qara dənizdən kənarda
qalacaq.

O, Vaşinqtonun Ukrayna tərəfinə tibbi yardım göstərmək üçün
“Comfort” və “Mercy” üzən xəstəxanalarının Qara dənizə göndərilməsi
imkanını nəzərdən keçirib-görmədiyi sualına da mənfi cavab
verib.

“Biz bu variantı nəzərdən keçirməmişik” Gildi vurğulayıb.