ABŞ hərbçiləri hücumlara görə bu bazanı tərk edir

ABŞ hərbçiləri hücumlara görə bu bazanı tərk edir

ABŞ hakimiyyəti Suriyanın şimal-şərqində yerləşən Amerikanın “Hemo” hərbi bazasını boşaltmağa qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyinin məlumatında deyilir.

Bildirilib ki, ABŞ-ın regiondakı ən mühüm bazalarından birinin bağlanması qərarının səbəbi “İraq müqaviməti” qüvvələrinin hücumları olub.

“ABŞ İranın ali dini lideri Əli Xamneyinin ötən həftə müxtəlif ərəb ölkələrindəki şiə müqavimət cəbhələrinə “düşmənə zərbə endirmək” çağırışından sonra təxminən 350 ABŞ əsgərinin olduğu Hemo hərbi bazasını boşaldır”, – deyə bildirilib.

Teqlər: