ABŞ geri çəkilir: rus neftinə qiymət tavanı “yumşalır”

ABŞ geri çəkilir: rus neftinə qiymət tavanı “yumşalır”

Bayden administrasiyası 2022-ci ilin dekabrında tətbiq etməyi planlaşdırdıqları Rusiya neftinin qiyməti ilə bağlı şərtləri yumşaltmağa hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” anonim mənbələrə istinadən məlumat yayıb.

“ABŞ və AB çox güman ki, Rusiya nefti üçün daha münasib qiymət tavanı təyin edəcək. Əvvəlki məhdudiyyətlərə yalnız G7 ölkələri və Avstraliya əməl etməyə razılaşıb. Cənubi Koreya onlara qoşula bilər, G7 ölkələri Yeni Zelandiya və Norveçi də məhdudiyyətə qoşmağa çalışır. Rusiyanın ən mühüm ticarət tərəfdaşları olan Hindistan və Çin isə bu prosesdə iştirak etməyəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, sentyabrda G7 ölkələri dekabrın 5-dən Rusiya neftinə maksimum qiymət tətbiq edəcəklərini açıqlamışdı:

“AB məhdudiyyətləri onların qüvvəyə minməsinə on gün qalmış – noyabrın 25-dək tətbiq etmək istəyir. ABŞ-da isə noyabrın 8-nə təyin edilmiş Senata seçkiyə qədər heç bir qərar verilməyəcək”.

Teqlər: