ABŞ generalı Azərbaycana gəldi

ABŞ generalı Azərbaycana gəldi

ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.

Bu barədə AzerTimes-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Briqada generalı səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

E.Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Teqlər: