ABŞ Finlandiyaya 323 milyonluq raket satır

ABŞ Finlandiyaya 323 milyonluq raket satır

ABŞ Finlandiyaya 323,3 milyon dollar dəyərində “AİM-9X Block II” taktiki hava-hava raketləri və “AGM-154” idarə olunan bombaları, eləcə də müvafiq avadanlıqlar satmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

“Təklif olunan satış Finlandiyanın hava-hava və hava-yer tipli raket sistemini təkmilləşdirəcək, həmçinin ABŞ-ın Şimali Avropa ölkələri ilə münasibətlərinə müsbət təsir göstərəcək. Finlandiya bu silahlardan və əlaqədar xidmətlərdən istifadə etmək niyyətindədir ”, – sənəddə qeyd olunub.

Qeyd edilir ki, Finlandiya 40 ədəd “AİM-9X Block II” raketi və 48 ədəd “AGM-154 JSOW” bombası sifariş verib.

Teqlər: