ABŞ Ermənistanı qurban verə bilər – Danielyan

ABŞ Ermənistanı qurban verə bilər – Danielyan

ABŞ öz siyasətində çox səmimidir və niyyətini gizlətmir. Bu gün Vaşinqton birbaşa bəyan edir ki, İran onlar üçün problemdir və bu baxımdan Azərbaycan onların müttəfiqidir. Hansı ki, çox təbii və məntiqlidir. ABŞ Ermənistana qarşı deyil, lakin onun üçün prioritet öz maraqlarını təmin etməkdir.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“ABŞ üçün İran həll edilməli olan mühüm məsələdir və əgər bu qərar Ermənistanı qurban verməyi tələb edərsə, o, yerinə yetiriləcək.

Bu gün faktiki olaraq sülh müqaviləsinin hazırlanması iki platformada aparılır: Bir tərəfdən Moskvada, digər tərəfdən isə Avropa və ABŞ-da. Başqa sözlə, faktiki olaraq müharibə vəziyyətində olan bu məsələ ilə iki mərkəz məşğul olur və təbii ki, onların hər biri bu proses vasitəsilə öz üstünlüklərini əldə etməyə çalışacaq.ABŞ-da deyirlər ki, sülh müqaviləsinin mətni üzərində iş gedir, Rusiya XİN-in rəhbəri də eyni şeyi deyir. Yəni burada məntiqlə bu güclərin maraqlarına xidmət edəcək iki fərqli sənəddən danışmaq olar. Rusiya bu bölgədən çıxmaq fikrində olmadığını, ABŞ isə bölgəyə girdiyini bəyan edir. Görünür, sonda ikinci Ukrayna ssenarisinə gələ bilərik”, – o bildirib.

Teqlər: