ABŞ Əfqanıstanda İŞİD silahlısına qarşı xüsusi əməliyyat keçirib

ABŞ ordusu Əfqanıstanda İŞİD terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” qruplaşmasının silahlısına qarşı xüsusi əməliyyat keçirib. Həmin terrorçu hücumların təşkil edilməsi ilə məşğul olub.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Uilyam Urbanın yazılı açıqlamasında bildirilib.

U.Urban bildirib ki, ABŞ hərbi qüvvələri “Xorasanda İslam Dövləti”nin hücumlarının təşkilatçısına qarşı distant kontrterrorizmə qarşı əməliyyat keçirib:


“Zərbə Əfqanıstanın Nanqarhar əyalətində pilotsuz uçuş aparatı vasitəsi ilə endirilib. İlkin hesablamara görə, hədəfi məhv etdik. Mülki şəxslər arasında ölən və yaralanan barədə məlumatımız yoxdur”.