ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin
köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edərək hökumət
rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28-də Bakıda yer
alan missiya rəhbərlərinin konfransına qatılacaq.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən AzerTimes-a bildirilib ki,
sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer,
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı
səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun
köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya
Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qavqaz
Dadışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edirlər. Bu
kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq
keçirilir.
Son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev
sahibliyi etmişdir. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019
və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVİD-19
səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdir.