ABŞ dövlət katibinin köməkçisinin müavini “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edəcək

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisinin müavini Kurt Donnelli “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 7-ci iclasında iştirak edəcək.

Bu barədə AzerTimes-a ABŞ Dövlət departamentindən bildiriblər.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 1-ci iclası 2015-ci il fevralın 12-də, 2-ci iclası 2016-cı il fevralın 29-da, 3-cü iclası 2017-ci il fevralın 23-də, 4-cü iclası 2018-ci il fevralın 15-də, 5-ci iclası 2019-cu il fevralın 20-də, 6-cı iclası 2020-ci il fevralın 28-də keçirilib.

Teqlər: