ABŞ dövlət katibi koronavirusa yoluxub

ABŞ-ın dövlət katibi Entoni Blinkenin COVID-19 ilə bağlı testi
pozitiv çıxıb və yüngül simptomları var.

AzerTimes-ın
məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays
bildirib.

“Dövlət katibi Entoni Blinken bu gün günortadan sonra
koronavirus ilə bağlı PCR testi pozitiv çıxıb. Katib peyvəndin hər
iki dozasını, eləcə də “buster” dozanı vurdurub və xəstəliyin
yüngül simptomlarını keçirir”, – deyə N.Prays bildirib.

Qeyd olunub ki, E.Blinken son bir neçə gündə ABŞ prezidenti Co
Baydenlə görüşməyib.

Dövlət katibi özünü təcrid edəcək və evdən işləməyə davam
edəcək.