ABŞ dövlət katibi Bayden ilə Putin “ən yaxın gələcəkdə” danışaçağını açıqlayıb

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında danışıqlar tezliklə baş tutmalıdır.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

E.Blinken deyib: “Çox yaxın gələcəkdə onların danışacağını gözləyirəm”. O, iki ölkə liderləri arasında birbaşa təmasların xüsusi əhəmiyyətini qeyd edib.

Dövlət Departamentinin rəhbəri həmçinin təklif edib ki, söhbət zamanı C.Bayden V.Putinə ölkələr arasında münasibətlərin proqnozlaşdırılan bilən səviyyəyə və sabitliyə çatması üçün ABŞ-ın istəyini ifadə edəcək..