ABŞ SARS-CoV-2-nin ilk dalğasını dəf edə bildiyi kimi ölkədə yeni koronavirusun “Delta” variantının sürətlə yayılmasını dayandıra bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərin qarşısında çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.
Dövlət başçısı bildirib: “Orijinal COVID-19-u məğlub etdiyimiz kimi, Amerika “Delta” ştammını da məğlub edə bilər. Biz bunu baca bilərik”.
O qeyd edib ki, son yeddi ay ərzində Amerika hakimiyyəti “COVID-19-dan ölüm hallarının sayını 90 faiz azaldıb”. ABŞ prezidenti vətəndaşları peyvənd olunmağa çağırış edərək əlavə edib ki, “Delta” variantının yayılması vaksinasiya olunmayanların pandemiyasıdır.