ABŞ-dan Zelenskiyə çağırış: Putinlə danışıqlar…

ABŞ-dan Zelenskiyə çağırış: Putinlə danışıqlar…

ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskidən Vladimir Putinlə sülh danışıqlarında iştirakdan açıq şəkildə imtina etməməyi xahiş edir. ABŞ rəsmiləri ukraynalı həmkarlarının Putinin hazırda danışıqlara ciddi yanaşmaması ilə bağlı qiymətləndirmələrini bölüşsələr də, etiraf edirlər ki, Zelenskinin Rusiya lideri ilə danışıq aparmaq qadağası Avropa, Afrika və Latın Amerikasına böyük təsir göstərib”, – məlumatda qeyd olunub.

Teqlər: