ABŞ-dan vurulan naməlum obyektlə bağlı açıqlama

ABŞ-dan vurulan naməlum obyektlə bağlı açıqlama

Nəzərə alsaq ki, biz hələ də obyekti dəyərləndiririk, mən xüsusiyyətlərinə keçmək istəməzdim.

AzerTimes xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder Alyaska üzərində vurulan obyektdən danışarkən deyib.

O əlavə edib ki, obyekti vurmazdan əvvəl pilotlar göyərtədə insanların olmadığına əmin olublar: “Orada insanların olduğuna dair heç bir əlamət yoxdur”.

Qeyd edək ki, ABŞ ordusu Alyaska ştatı üzərində hava məkanına daxil olan naməlum obyekti vurub.

Teqlər: