ABŞ-ın Ukraynadakı səfirliyi ölkədəki vətəndaşlarına müraciət ünvanlayıb.
AzerTimes xəbər verir ki, müraciətdə Rusiyanın Vinnitsa şəhərinə raket zərbələrindən dolayı amerikalılara Ukrayna gəlməmək, artıq burada olanlara dərhal Ukraynanı tərk etmək tövsiyə edilib.
Qeyd edək ki, Rusiyanın Vinnitsa şəhərində raket zərbələri nəticəsində 22 dinc sakin həlak olub.