ABŞ-dan Türkiyəyə F-16 satışı: 23 milyardlıq…

ABŞ-dan Türkiyəyə F-16 satışı: 23 milyardlıq…

Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə veriləcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

“Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi”, – Kardin vurğulayıb.

Eyni zamanda, Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Qriqori Miks də F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacağını bildirib.

O öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb:

“Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar məni ruhlandırıb”.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verdiyini açıqlayıb.

Teqlər: