ABŞ-dan Moskvadakı səfirliyi ilə bağlı açıqlama

ABŞ-dan Moskvadakı səfirliyi ilə bağlı açıqlama

ABŞ Moskvadakı səfirliyinin imkanlarına böyük əhəmiyyət verir və onun iş şəraitini normallaşdırmaq üçün Rusiya ilə əlaqə saxlayır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“ Moskvadakı səfirliyimizin fəaliyyəti bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, xüsusilə gərginlik, münaqişə zamanı bir-birimizlə açıq ünsiyyət qurmaq həyati əhəmiyyət kəsb edir”, – Prays vurğulayıb.

Teqlər: