ABŞ-dan İstanbul sazişinə reaksiya

ABŞ-dan İstanbul sazişinə reaksiya

İstanbulda imzalanan və taxıl məhsullarının Ukrayna limanlarından təhlükəsiz çıxışını təmin edən sazişi yüksək qiymətləndiririk.

AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“BMT, Türkiyə, Ukrayna və Rusiya milyonlarla ton Ukrayna taxılını ehtiyacı olan ölkələrə çatdırılması ilə bağlı müqavilə imzalayıblar. Müqaviləyə əsasən Ukrayna Qara dəniz vasitəsilə ixracını davam etdirə biləcək. ABŞ bu razılaşmanı alqışlayır, BMT-nin Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu danışıqlarda vasitəçilik etmək üçün göstərdikləri qətiyyətli diplomatik səylərə görə minnətdarlığını bildirir”, – dövlət katibi bildirib.

Teqlər: