ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə açıqlama

ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə açıqlama

ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:

“ABŞ dövlət katibi Entoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”.

Teqlər: