ABŞ-dan 20 min ton yardım Türkiyəyə göndərildi

ABŞ-dan 20 min ton yardım Türkiyəyə göndərildi

ABŞ-da yaşayan Türkiyə vətəndaşı Eyyup Ulu zəlzələdən sonra Nyu-Cersi ştatında sahibi olduğu yükdaşıma şirkətinin bütün depolarını və yüzlərlə tırlarını 24 saat ərzində Türkiyəyə humanitar dəstək fəaliyyətlərinə ayırıb.

AzerTimes-ın məlumatına görə, Eyyup Ulu Report-a müsahibəsində deyib ki, 20 min ton humaniyar yardım karqo təyyarələri və yük gəmiləri vasitəsilə Türkiyəyə göndərilib:

“Zəlzələ bölgələrindən biri mənim məmləkətim Malatyadır. Mənim məsuliyyətim daha çoxdur. Öncə kiçik bir yardım kampaniyası başlatdıq. Yüzlərlə insan zəng etdi və hər kəsdən kömək gəlməyə başladı. İlk gün bir tır yardım gəldi. Ondan sonra gündə iki-üç ton yardım gəlirdi. Sadəcə türklər deyil, Amerikada yaşayan digər ölkənin vətəndaşları Türkiyəyə yardım göndərir. Göndərilən yardımlarda qalın paltarlar, ayaqqabı, çadır, uşaq bezi, uşaq yeməkləri var.

Bəzi bağlamaların içindən məktublar da çıxır. Məktublarda türk xalqının yanında olduqlarını yazırlar. Toplanan 20 000 ton yardım ötən gündən etibarən Kennedi adına beynəlxalq hava limanından Türkiyə yola salınan karqo təyyarələrinə yüklənib. Yardımların bir qismini isə dəniz limanlarına çatdırlacaq və gəmi şirkətləri vasitəsi ilə Türkiyəyə göndəriləcək”.

Teqlər: