ABŞ daha 5 Çin şirkətini “qara siyahı”ya əlavə edib

ABŞ-ın Ticarət Nazirliyi Çinin 5 şirkətini “qara siyahı”ya əlavə edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Bu beş təşkilat xarici siyasətimizin maraqlarına zidd fəaliyyət göstərən təşkilatlar olaraq qəbul edilir”.

Məlumata əsasən, “qara siyahıya” Çinin “Hoshine Silicon Industry”, “Xinjiang Daqo New Energy”, “Xinjiang East Hope Nonferrous Metals”, “Xinjiang GCL New Energy Material Technology” və “Xinjiang Production and Construction Corps” şirkətləri əlavə edilib.