ABŞ-da üç yaşlı uşaq anasına atəş açaraq öldürüb

ABŞ-da 3 yaşlı uşaq anasına atəş açaraq öldürüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli
polis məlumat yayıb.

Hadisə İllinoys ştatında baş verib. Çikaqonun yaxınlığında
yerləşən Dolton şəhərciyində supermarketin dayanacağında ailə öz
avtomobilində olarkən 3 yaşlı uşaq ehtiyatsızlıqdan anasını
güllələyib. Qadın təcili olaraq xəstəxanaya çatdırılmasına
baxmayaraq orada vəfat edib.

Ailə başçısı silahın ona məxsus olduğunu bildirdikdən sonra
polis tərəfindən həb olunub.

Hazırda ona qarşı hər-hansı ittiham irəli sürülmədiyi
bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Teqlər: