ABŞ-da ticarət mərkəzində baş verən atışmada 12 nəfər yaralanıb

ABŞ-ın Kolumbiya şəhərindəki (Cənubi Karolina ştatı) ticarət
mərkəzində baş verən atışma nəticəsində ən azı 12 nəfər
yaralanıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Şəhər Polis İdarəsinin rəisi Skip
Holbruk mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumilikdə 12 nəfər yaralanıb. 10 nəfər
güllə yarası alıb, onlardan səkkizi xəstəxanaya yerləşdirilib, iki
nəfərin vəziyyəti ağırdır: “Ölən yoxdur”.

S.Holbruk bildirib ki, 3 nəfər saxlanılıb, onlar hamısı silahlı
idi.