ABŞ-da təyyarə yaşayış binasına çırpıldı

ABŞ-da təyyarə yaşayış binasına çırpıldı

ABŞ-ın Nyu Hempşir ştatının Kin şəhərində təyyarə hava limanı yaxınlığındakı yaşayış binasına çırpılıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub. Ancaq təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.

Həmçinin, ABŞ Federal Aviasiya Administrasiyası ölkə mediasına təyyarənin təkmühərrikli olduğu barədə açıqlama verib.

Teqlər: