ABŞ-da təyyarə qəzası: 5 nəfər öldü

ABŞ-da təyyarə qəzası: 5 nəfər öldü

ABŞ-ın Arkanzas ştatında Litl-Rok milli hava limanı yaxınlığında “Beech BE20” ikimühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes ABC telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfərin öldüyü açıqlanıb.

Polis idarəsinin əməkdaşı vurğulayıb ki, həmin vaxt güclü fırtına yaxınlaşırdı:

“Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, ancaq həmin vaxt güclü külək əsib, bir neçə dəqiqə güclü yağış yağıb”.

Teqlər: