ABŞ-da təyyarə paraplanla toqquşub, ölənlər var

ABŞ-ın Hyuston şəhəri yaxınlığında (Texas ştatı) təkmühərrikli “Cessna 208” təyyarəsi paraplanla toqquşub.

AzerTimes-ın məlumatına görə, bu barədə “CNN” telakanalına yerli polis idarəsinin nümayəndəsi bildirib.

Məlumata əsasən, qəza zamanı təyyarədə yalnız pilot olub və paraplan da bir nəfər tərəfindən idarə edilib. Qəza nəticəsində hər iki nəfər həlak olub.


ABŞ Federal Mülki Aviasiya Administrasiyası və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura insidentlə bağlı araşdırmalara başlayıb.