ABŞ-da təyyarə evin üstünə düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Missisipi ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, təyyarə yaşayış evinin üstünə düşüb.

Hadisə nəticəsində 2 nəfər həlak olub. Qəza bölgəsində avtomobil yolu bağlanıb.


Hadisə ilə bağlı araşdırma aparılır.