ABŞ-da sürücüsüz taksi işə salınır

Xəbər - Orxan Nəbiyev – Trend:

“Google”un törəmə müəssisəsi olan “Waymo” şirkəti ABŞ-ın San-Fransisko şəhərində sürücüsüz taksi proqramını işə salıb.

AzerTimes-ın məlumatına görə, proqram hələlik sınaq rejimində fəaliyyət göstərir.

Sürücüsüz taksini mobil tətbiq vasitəsilə çağırmaq mümkündür. Taksidə olan müştəri avtomobilin salonunda olan xüsusi düyməni basmaqla hərəkəti dayandıra bilər. Hərəkət zamanı yolda baş verənlər monitorda əks olunur.

Taksi qismində “Jaguar I-PACE” elektromobili fəaliyyət göstərir.