ABŞ-da sərnişin qatarı relsdən çıxdı: yaralılar var

ABŞ-da sərnişin qatarı relsdən çıxdı: yaralılar var

ABŞ-ın Missuri ştatında sərnişin qatarı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə “Amtrak” daşıyıcı şirkəti məlumat yayıb.

Bildirilib ki, Los-Ancelesdən Çikaqoya gedən qatarda 243 sərnişin olub.

İnsident zamanı xəsarət alanların olduğu bildirilib. Dəqiq məlumat yoxdur.

Teqlər: