ABŞ-da raket buraxılış zamanı partlayıb (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Kaliforniya ştatında “Firefly Aerospace” şirkətinin “Alpha” raketi kosmodromdan buraxılandan qısa müddət sonra partlayıb.

Trend-in məlumatına görə, buraxılış Kaliforniyadakı ” Vandenberq” Hərbi Hava Qüvvələrinin bazasında keçirilib.

Bu, gələcəkdə kiçik peykləri fəzaya daşımalı olan “Alpha”nın ilk sınaq uçuşu idi.

Şirkət qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayacağını bildirib.