ABŞ-da qiyməti 2.8 milyon dollar olan yeni dərman yaradıldı

ABŞ-da qiyməti 2.8 milyon dollar olan yeni dərman yaradıldı

ABŞ Qida və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi “Bluebird Bio” şirkətinin nadir anemiya növlərindən birinin gen terapiyası üçün hazırladığı “Zinteglo” preparatını təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“ABŞ-da 2022-ci ilin sonuna qədər “Zinteglo” ilə müalicəyə başlaya biləcək beta talassemiyalı 1500-ə yaxın insan var. Bir iynənin qiyməti 2,8 milyon dollara başa gələcək ki, bu da simptomları tamamilə aradan qaldırmaq üçün kifayətdir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, beta talassemiya qırmızı qan hüceyrələrində hemoqlobin istehsalını azaldan bir neçə fərqli mutasiya nəticəsində yaranan irsi xəstəlikdir.

Teqlər: