ABŞ-da qasırğa: 2,5 milyon insan təxliyə edilir

ABŞ-da qasırğa: 2,5 milyon insan təxliyə edilir

ABŞ-ın Florida ştatının sahillərində davam edən İan qasırğası getdikcə güclənərək əhaliyə ciddi çətinliklər yaradıb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən təxliyə əmri verilib.

Belə ki, 2,5 milyon insanın təxliyə edilməsi ilə bağlı plan hazırlanıb.

Əhalinin təxliyəsi məqsədilə 42 min hərbçi, 7 min qvardiyaçı, 179 aviatexnika və xeyli sayda digər texnikalar səfərbər olunub.

Təhlükə baxımından 4-cü dərəcəyə qalxan qasırğa 261 km/s sürəti ilə hərəkət edir. Qasırğa səbəbindən Floridanın 100 mindən çox sakini işıqsız qalıb.

Teqlər: