ABŞ-da qarlı hava səbəbindən yüz minlərlə sakin işıqsız qalıb, minlərlər aviareys təxirə salınıb

ABŞ-ın Tennessi, Kentukki ştatları və qonşu regionların 230 mindən çox sakini güclü qar fırtınasından sonra işıqsız qalıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, qeyr-sabit hava şəraiti müşahidə olunan bölgələrdə 4857 aviareys ləğv edilib və regionun əsas hava limanları daşımaları 75% azaldıb.

Qar fırtınasından ən çox Tennessi və Kentukki ştatlarının zərər çəkdiyi bildirilir. Belə ki, birinci ştatda 137 mindən çox insan işıqsız qalıb.


Sinoptiklər fevralın 4-də bölgədə güclü qarın davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.