ABŞ-da qar uçqunu nəticəsində dörd nəfər ölüb

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığındakı dağlarda qar uçqunu nəticəsində 4 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABC telekanalı yerki hüquq-mühafizə orqanlarına istinadən bildirib.

Polis idarəsi nümayəndəsi Melodiya Katler deyib ki, dörd nəfər qaçmağı bacarıb. Onlar yüngül xəsarətlər alıblar.

Qeyd edək ki, yerli hakimiyyət orqanları bundan öncə bölgədə qar uçqunu təhlükəsi olduğunu xəbərdar ediblər.