ABŞ-da qar fırtınasında ölənlərin sayı artdı

ABŞ-da qar fırtınasında ölənlərin sayı artdı

ABŞ-da qar fırtınasında ölənlərin sayı 57 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd edilir ki, əlverişsiz hava şəraiti nəticəsində Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Ohayo, Oklahoma, Tennessi, Viskonsin və Nyu York ştatlarında insan ölümü qeydə alınıb. Təkcə Nyu Yorkda 27, Buffaloda 18 nəfər ölüb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Nyu York ştatında qar fırtınası ilə bağlı fövqəladə vəziyyət elan edib.

Teqlər: