ABŞ-da polislər maşında yatan sürücünü güllələdilər

ABŞ-da polislər maşında yatan sürücünü güllələdilər

ABŞ-ın İndianapolis şəhərində 3 polis avtomobilində olan adamı güllələyiblər.

AzerTimes xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

Məlumata görə, polislər yolda şübhəli avtomobil aşkar ediblər. Avtomobilə baxış keçirilib və sürücünün salonda yatdığı aşkar olunub. Bu zaman polislər yatmış sürücüyə atəş açaraq onu öldürüblər.

Polislər bildirib ki, yatmış sürücünün üzərində silah olub.

Sürücü xəstəxanaya çatdırılıb.

Polislər barəsində cinayət işi açılıb.

Teqlər: